Qastroenteroloq Xidməti
Qastroenterologiya həzm sistemi və onun xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan tibb sahəsidir. Qastroenteroloq mədə, bağırsaq, qaraciyər, öd yolları, öd kisəsi və pankreas kimi orqanların xəstəliklərini diaqnostika edir və müalicə edir. Klinikamızda həzm sistemi xəstəliklərinin vaxtında aşkarlanması və müasir metodlarla effektiv müalicəsi təmin edilir.
Qastroenteroloqa hansı hallarda müraciət edilməlidir?
- Mədə və qarında ağrı, diskomfort
- Qəbizlik, ishal və həzm pozğunluqları
- Qarında şişkinlik, qaz problemləri
- Ürəkbulanma, qusma və iştahasızlıq
- Xroniki qastrit, mədə və onikibarmaq bağırsaq xoraları
- Qaraciyər və öd yolları xəstəlikləri
Təklif etdiyimiz xidmətlər:
- Tam qastroenteroloji müayinə və konsultasiya
- Laborator analizlərin təşkili və nəticələrinin qiymətləndirilməsi
- Fərdi müalicə planlarının hazırlanması
Azerbaijan